Elm və Təhsil Nazirliyi yanında İctimai Şura

ictimai şuranın üzvü, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri
İlqar Orucov

2005 - 2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, AMEA Gənc Alimlər Şurasının sədri vəzifələrində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri seçilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı hazırlayan işçi qrupunun, eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olub. Həmçinin, AMEA-nın Fizika İnstitutunun Elmi Şurasının üzvü kimi fəaliyyət göstərib. 2008-2013-cü illərdə "Gənc alimlərin əsərləri" elmi jurnalının baş redaktorunun müavini, 2013-cü ildən isə baş redaktorudur. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədridir. 2006-cı ildə elm sahəsində nailiyyətlərinə görə “Gənclər mükafatı” ilə, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2019-cu ildə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və məsul katibi seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi istiqamətini kurasiya edir.