Elm və Təhsil Nazirliyi yanında İctimai Şura

İctimai şuranın sədri, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi
Günel Səfərova

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir.
Səfərova Günel Məhərrəm qızı 14 iyul 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsili Bakı Avropa liseyində, ali təhsili Bakı Dövlət Universitetinin hüquq fakultəsində almışdır. Counterpart-İnternational, Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınların sosial qiymətləndirilməsi layihəsinin rəhbəridir.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunur. “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 aprel 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilib.