Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTOLAR

Bu gün Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir. İclasda İctimai Şuranın sədri Ramil İskəndərli, sədr müavinləri Rəhilə Mehdiyeva və Fuad Əliyev, İctimai Şuranın Katibi Məhsəti Hüseynova, eləcə də Şuranın üzvü Əli Fərzəliyev iştirak etmişdir. 
 

Görüşdə İctimai Şuranın 2023-cü il fəaliyyətinin yekunları barədə fikir mübadiləsi  aparılmış və ümumilikdə şurasın qısa dövr ərzində fəaliyyəti produktiv hesab edilmişdir. 
İctimai Şuranın yeni heyətinin fəaliyyət göstərdiyi müddətdə 26 miqrant və əcnəbi şəxslərdən müraciətlər daxil olmuş və onlara qanunvericiliyə uyğun lazımi məsləhətlər və istiqamətləndirilmə verilmişdir. Hər bir müraciət qeydiyyata alınmışdır.   
İctimai Şura üzvləri ötən 5 ay müddətində Bakı və Naxçıvan Qanunsuz Miqrantların Saxlanma Mərkəzlərinə monitoprinq səfərlərinin nəticələri, miqrasiya sahisəndə Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil edilmiş yerli və beynəlxalq əhəmiyyətli tədbir və görüşlərdə iştirakı yüksək qiymətləndirmişlər. 


 

Fotolar

Paylaş