Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura

Xidmət rəisi İctimai Şura üzvləri ilə görüşüb - FOTOLAR

Avqustun 22-də Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın V tərkibdə iclası keçirilib. Xidmət rəisi Vüsal Hüseynov İctimai Şuraya seçilmiş üzvləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmət rəisi müraciət edənlərin məmnunluğunun, eləcə də şəffaflığın yüksək səviyyədə təmininin daim diqqət mərkəzində olduğunu və bununla bağlı qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa önəm verildiyini diqqətə çatdırıb.

O, İctimai Şuranın əvvəlki tərkibi kimi, yeni tərkibinin də respublikamızda miqrasiya proseslərinin tənzimlənməsi və təkmilləşdirilməsi istiqamətində, eləcə də  maarifləndirmə proseslərində sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstərəcəyinə, daim aktiv olacağına, rəy və təkliflərlə çıxış edəcəyinə ümidvar olduğunu bildirib.

DMX yanında İctimai Şuranın yeni sədri Ramil  İskəndərli Xidmətin fəaliyyətini yüksək dəyərləndirərək, Şuranın gələcək planları barədə məlumat verib. O, Şuranın ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra təkliflər dinlənilib və təşkilati məsələlərə baxılıb.

Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

 

Fotolar

Paylaş