Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura

Ramil İskəndərli İctimai Şuranın sədri seçilib - FOTO

Avqustun 11-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi  Vahid Qəhrəmanov seçilmiş üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.  O, İctimai Şuranın yeni tərkibindən gözləntilərin yüksək olduğunu vurğulayıb və iştirakçıları Xidmətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə məlumatlandırıb, İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini bildirib.

Daha sonra İctimai Şuranın açıq səsvermə yolu ilə rəhbər vəzifələrinə seçki keçirilib. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil  İskəndərli Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib. “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri Fuad Əliyev və “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva İctimai Şuranın sədr müavinləri,  “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova isə Şuranın katibi seçiliblər.

Tədbir zamanı İctimai Şura üzvləri tərəfindən gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi:

  1. Əliyev Fuad Ağasi oğlu - “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi
  2. Fərzəliyev Əli Vələhəd oğlu - “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
  3. Gözəlova Günel Salam qızı - “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
  4. Hüseynova Məhsəti Əli qızı - “Gənclərin Töhfəsi” İctimai Birliyi
  5. İskəndərli Ramil Əvəz oğlu - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
  6. Kətanov Məmməd Teymur oğlu - “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”
  7. Mehtiyeva Rahilə İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
  8. Şükürov Adil Arif oğlu - “Miqrasiya Könüllüsü” İctimai Birliyi
  9. Vəliyev Asim Nazim oğlu - “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
Fotolar

Paylaş