ETSN yanında İctimai Şuraya yeni sədr seçilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuraya yeni sədr seçilib.
Bunu ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.
O bildirib ki, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin rəhbəri Amin Məmmədov Şuranın sədri, Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Nərminə Qəribova və Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova sədr müavinləri, İctimai və Siyasi Tədqiqatlar İctimai Birliyinin rəhbəri Qismət Babayev isə İctimai Şuranın katibi seçilib.
S.Məmmədovanın sözlərinə görə, ETSN yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.