Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
29 dekabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni üzvləri ilə görüş keçirilib.
ETSN-nin rəhbərliyinin iştirak etdiyi görüşdə gələcək fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, 28 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, müraciəti qeydə alınmış 23 təşkilatdan 15 təşkilat İctimai Şuranın üzvü olub.