“Azərsu” yanında İctimai Şuranın iclası keçirilib - FOTO
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda cari və təşkilati məsələlərə baxılıb, qarşıda duran vəzifələr müzakirə olunub.
İctimai Şuranın sədri, Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, “Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə ötən il yaradılmış İctimai Şurada təşkilatlanma işləri aparılıb. İçməli su təchizatı və tullantı su sektorunda müxtəlif məsələlərlə bağlı aparaılan maarifləndirmə işlərində Şura üzvləri yaxından iştirak ediblər.
Şura üzvlərinin Mərkəzi Laboratoriyaya, Kür Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunub, 22 mart Dünya Su Günü ilə əlaqədar videokonfrans formatında müzakirələr aparılıb. Ötən müddətdə vətəndaşlar tərəfindən İctimai Şuraya 47 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti həllini tapıb, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb, bir sıra məsələlərlə bağlı vətəndaşlara izahat verib. İclasda çıxış edən Şura üzvləri şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. İclasda İctimai Şuranın 2022-ci il üzrə fəaliyyət planından irəli gələn məsələlər müzakirə olunub. Tədbirdə təşkilati məsələlərə də baxılıb, İctimai Şuranın Maarifləndirmə və Monitorinq üzrə işçi qrupları yaradılıb.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Rövşən Abbasov Maarifləndirmə, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Monitorinq işçi qruplarının rəhbərləri seçiliblər.