“Azərsu” Açıq Səhimdar Cəmiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib
“Azərsu” Açıq Səhimdar Cəmiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib, iclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni İctimai Şuraya sədr, “Ekoloji Maarifçilik və Monitorinq” İB sədri Qəmzə Yusubova, Əlil Sahibkarlar Təşkilatı İB sədri Mirzə Məmmədvəliyev və “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB-nin sədri Tələt Qəribov müavinlər, “Beynəlxalq Hidroloji Proqram” İB-nin üzvü Aytən İmanova isə katib seçilib. Seçkilərdən sonra İctimai Şuranın üzvləri ilə görüşən “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sədr, müavin və katib seçilənləri təbrik edib, Şuranın işinə uğurlar arzulayıb.
Şuranın “Azərsu” ASC ilə ictimaiyyət və vətəndaşlar arasında körpü rolunu oynayacağını deyən Köçərli Həsənov bildirib ki, su mənbələrinə, su təchizatı müəssisələrinə, laboratoriyalara səfərlər təşkil olunacaq, müştəri məmnunluğunun təmin olunması, şikayət və müraciətlərin həlli üçün birlikdə fəaliyyət göstəriləcək.
Eyni zamanda İctimai Şuradan daxil olacaq təkliflər araşdırılaraq aidiyyatı üzrə qərarlar qəbul olunacaq.
Qeyd edək ki, “Azərsu” ASC yanında İctimai Şurada 11 nəfər təmsil olunur.
- Abbasov Rövşən Xanış oğlu, “Sağlam Həyata Doğru” Ekoloji İB
- Cəfərova Mətanət Əsgər qızı, “Əsgər Ailələrinə Dəstək” İB
- Hüseynov Eyyub Mahmud oğlu, “Azad İstehlakçılar” İB
- İbrahimli Qorxmaz Əbülfəz oğlu, “Biosfer” İB
- İmanova Aytən Rüfət qızı, “Beynəlxalq Hidroloji Proqram” İB
- Qəribov Tələt Yusif oğlu, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
- Mikayılova Xədicə Hacı qızı, “Əlillər Cəmiyyəti” İB
- Şahverdiyev Cavid Nadir oğlu, “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB
- Məmmədvəliyev Mirzə Ağamurad oğlu, Əlil Sahibkarlar Təşkilatı İB
- Yusubova Qəmzə Xanlar qızı, “Ekoloji Maarifçilik və Monitorinq” İB
- Zeyni Rauf Xurşud oğlu, Milli QHT Forumu