2025-ci il üzrə ən fəal İctimai Şura hansıdır? – Onlayn sorğunun nəticələri açıqlanıb

2025-ci il üzrə ən fəal İctimai Şuranın müəyyənləşdirilməsi məqsədilə ictimaishura.az platformasında açıq onlayn sorğu keçirilib. Sorğuya 18 mərkəzi icra hakimiyyəti orqanı yanında fəaliyyət göstərən İctimai Şuranın adı daxil edilib. Ümumilikdə sorğuda 1976 nəfər iştirak edib.

Nəticələrə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura 70% səs (1384 səs) toplayaraq birinci yeri tutub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura 17% (335 səs) nəticə ilə ikinci,
Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura isə 4,5% (89 səs) ilə üçüncü olub.

Digər İctimai Şuralar ümumilikdə 8,5% səs toplayıb.

Qeyd edək ki, sorğu “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi və ictimaishura.az platformasının təşəbbüsü ilə hər il açıq şəkildə keçirilir. Təşəbbüs çərçivəsində il ərzində ictimai iştirakçılıq sahəsində qurumların fəaliyyəti digər meyarlar əsasında da qiymətləndirilir.

Sorğunun nəticələri barədə ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://ictimaishura.az/surveys/az

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.