Naftalan ŞİH yanında İctimai Şuranın sədri ali mükafatla təltif edilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxsləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif etmişdir.

Təltif olunanlar sırasında Naftalan ŞİH yanında İctimai Şuranın sədri Möhübbət Bədəlov da var.

Yubiley medalının təqdim edilməsi ilə bağlı Naftalanda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin və hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, Naftalan ŞİH yanında İctimai Şuranın sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, təltif olunan şəxsləri təbrik edərək medalları təqdim edib.

Ziyalılar Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.