Sosial Xidmətlər Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib. 
Himayədar Ailə qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmə Sabunçu Gənclər evində təşkil olunub. 


Görüşdə Agentliyin, eləcə də dövlət və bələdiyyə orqanlarının nümayəndələri qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
 

Əvvəlcə Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. 
 

Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb. 
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü İradə Rzazadə, Bakı şəhər Baş Polis idarəsinin polkovniki Kəmalə Əkbərova və digər çıxışçılar mövzu ilə bağlı fikirlərini bildiriblər. 
 

Agentliyin nümayəndələri “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlarla çıxış ediblər. 
 

Sonra mövzu ətrafında müzakirələr aparılıb, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Paylaş

Aktiv sorğu yoxdur.