DQİDK yanında İctimai Şuraya sədr və müavin seçildi - FOTOLAR

Yanvarın 12-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitə yanında İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

Komitə sədri DQİDK yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Mübariz Qurbanlı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun qəbul olunmasının və qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb. Eyni zamanda, Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. Komitə sədri  DQİDK-nın fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, qurum ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması istiqamətlərində uğurlu fəaliyyətin təmin ediləcəyinə əminliyini ifadə edib.

Daha sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sədr, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı sədr müavini, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına dəstək” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova isə katib seçilib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.