İctimaishura.az saytında Onlayn Sorğu keçirilib
ictimaishura.az saytında Onlayn Sorğu keçirilib.
1. Azərbaycanda ictimai iştirakçılığın hansı formalarını daha işlək mexanizm saymaq olar?
• İctimai şura - 50.0 %
• İctimai müzakirə - 6.54 %
• İctimai dinləmə - 2.80 %
• İctimai rəyin öyrənilməsi - 5.61 %
• Hüquqi aktların layihələrinin ictimai müzakirəsi - 11.21 %
• Yazılı məsləhətləşmə - 1.87 %
• Heç biri - 3.27 %
• Bütün formalar – 18.69
Sorğuda 1085 səsvermə qeydə alınıb.
2. İctimai Şuraların fəaliyyəti Sizi qane edirmi?
• Bəli, qane edir - 51.1 %
• Xeyr, qane etmir - 8.2 %
• Qismən, qane edir – 40,7 %
Sorğuda 613 səsvermə qeydə alınıb.
3. Bir şəxsin neçə ictimai şurada təmsil olunmasını doğru hesab edirsiniz?
• 1 ictimai şurada - 58.0 %
• 2 ictimai şurada - 21.3 %
• 3 ictimai şurada - 6.2 %
• Məhdudiyyət qoyulmasının əleyhinəyəm - 14.5
Sorğuda 483 səsvermə qeydə alınıb.
4. Hansı İctimai Şuranın fəaliyyətini qənaətbəxş hesab edirsiniz?
Nazirliklər üzrə
• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura – 32,3%
• Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura – 19,2 %
• Daxili İşlər Nazirliyi yanında İctimai Şura – 4,6%
Komitə, Xidmət və Agentliklər üzrə
• Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şura – 23,2%
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şura – 8%
• Digər İctimai Şuralar – 12,7 %
Sorğuda 864 səsvermə qeydə alınıb.