İqtisadiyyat Nazirliyi yanında İctimai Şura üzvləri ilə görüş keçirilib - FOTO

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura üzvləri ilə görüşdə dövlət-özəl əməkdaşlığının inkişafı, sahibkarlarla səmərəli kommunikasiyanın qurulması mexanizmləri müzakirə olunub.

 

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən dövlət qurumları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir Azərbaycan Respublikasının İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə keçirilib.

Tədbirdə iqtisadiyyatın davamlı inkişafının stimullaşdırılmasında dövlət-özəl əməkdaşlığının genişləndirilməsinin önəmi qeyd olunub,  Agentliyin aidiyyəti qurumlarla və sahibkarlarla səmərəli kommunikasiyasının qurulması mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə normativ hüquqi sənədlərin hazırlanması, eləcə də İZİA qarşısında qaldırılan məsələlərin həlli prosesində sahibkarlarla əməkdaşlığın  və onların rəyinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə İctimai Şura ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.