Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin MİEUX+ layihəsinin ekspert qrupu ilə görüşüblər.

   Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin MİEUX+ layihəsinin ekspert qrupu ilə görüşüblər.

   Tədbirdə tərəflər Azərbaycanda miqrantların inteqrasiyası üçün imkan və ehtiyacları dəyərləndirib, hazırlanması nəzərdə tutulan Milli İnteqrasiya Strategiyasının əsas elementləri və onların icrasında qeyri-hökumət təşkilatlarının yeri və rolu barədə fikir mübadiləsi aparıblar.

   Qərara alınıb ki, əcnəbilərin inteqrasiyası ilə bağlı həyata keçirilən siyasətə dəstək məqsədilə beynəlxalq ekspert qrupu tərəfindən tərtib ediləcək siyasət sənədi hazırlanarkən miqrantların inteqrasiyası sahəsində təcrübəsi olan qeyri-hökumət təşkilatlarının bilik və bacarıqları, onların bu sahədəki təcrübəsi xüsusilə nəzərə alınsın.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.