İctimai Şuranın üzvləri Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar

Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar.

 

Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Ağstafa Rayon Mərkəzi Xəstəxanasında monitorinq keçirib.

Şura üzvləri, ilk olaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar.

Baş həkim Həcər Namazova, Xəstə xidmətləri şöbəsinin müdiri Polad Poladov, Terapiya şöbəsinin müdiri, həkim-nevropatoloq Vüqar Əliyev, lor həkimi Sevinc Həsənova, TTTY şöbəsinin müdiri Şəfiqə Məmmədova, Ağstafa RMX-nın anbar müdiri Elmir Vəlizadə və digər tibb işçiləri ilə müzakirələr aparılıb, xəstəxanadakı ümumi vəziyyətə baxış keçirilib.

Monitorinq zamanı xəstəxanaya müraciət edən vətəndaşlar həkim və xidmət məmnunluğunu dilə gətiriblər.

Daha sonra Şura üzvləri xəstələrin qidalanması, onların yataqxanadakı son vəziyyətləri ilə yaxından tanış olublar.

Yekunda isə müraciətlər, təkliflər şura üzvləri tərəfindən fərdi qaydada qəbul edilərək nəzarətə götürülüb. Hər bir təklif və müraciətlərlə bağlı müzakirələr aparılacağı və aidiyyəti üzrə müvafiq məlumatların veriləcəyi bildirilib


Paylaş

Aktiv sorğu yoxdur.