Əliməmməd Nuriyev: İctimai şuraların fəaliyyətinin mərkəzləşməsi mühüm məsələdir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsasları da var, institutlar da. İctimai şuraların fəaliyyətinin mərkəzləşməsi mühüm məsələdir.

QHT.az  xəbər verir ki, bu fikirləri "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev yanvarın 15-də ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə söyləyib.

O qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində, həmçinin media və ictimai nəzarətin əhəmiyyətini vurğuladı.

Ə.Nuriyev diqqətə çatdırıb ki, Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsi nəzarətdə saxlanılmalıdır.

 


Paylaş

Aktiv sorğu yoxdur.