Vüsal Quliyev: İctimai Şuraların koordinasiya olunmasına ehtiyac var

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələrini verdi. Dövlətimizin başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.

QHT.az  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev yanvarın 15-də ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb.

 

 

 


Paylaş

Aktiv sorğu yoxdur.