ANAMA yanında İctimai Şuranın üzvləri Ağdama səfər ediblər

Dekabrın 3-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri regiona səfər edərək davam edən minatəmizləmə əməliyyatları ilə yaxından tanış olublar. Səfərdə İctimai Şuranın sədri Umud Mirzəyev, katib Hafiz Səfixanov, üzvlər Rey Kərimoğlu, Şahin İbrahimov və Məmmədhəsən Həsənov iştirak ediblər.

Səfər zamanı ANAMA-nın əməliyyat meneceri Ehtiram Cəfərov Ağdam rayonunun işğaldan azad olunan ərazilərində indiyə qədər aparılan minatəmizləmə əməliyyatları haqqında hesabatı şura üzvlərinin diqqətinə çatdırıb. Minaaxtaran heyəti ilə görüşən şura üzvləri onların fikirlərini, problemlərini öyrənib lazımi dəstəyin göstəriləcəyini bildiriblər. Daha sonra Ağdamda ANAMA əməkdaşları üçün tikilən yeni bazanın tikintisi ilə tanış olublar.

Qeyd edək ki, ANAMA yanında İctimai Şuranın üzvləri sabah Tərtər rayonunda aparılan minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.

Fotolar

Paylaş