“Azərsu” ASC yanında İctimai Şuraya seçkilər keçiriləcək

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  yanında İctimai Şuraya seçkilər 25 may 2021-ci il tarixində saat 10:00-dan  15:00-dək “Azərsu” ASC-nin inzibati binasında (Moskva prospekti 67) keçiriləcək. 

Səsvermədə “Azərsu” ASC yanında İctimai Şuranın Seçki Komissiyasına  muracət etmiş 64 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi iştirak edəcək.

“Azərsu” ASC yanında İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib. İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə 16 nəfərin namizədliyi qeydə alınıb.


Paylaş

Aktiv sorğu yoxdur.