İctimai Şuraların inkişaf vəziyyəti üzrə hesabat

Dövlətin idarə olunmasında vətəndaşların iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında qarşılıqlı səmərəli fəaliyyətin təşkili, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə yaradılan İctimai Şuralar təəssüf ki, gözləntilərə adekvat olmayan tempdə inkişaf edir. İctimai Şuralardan ciddi gözləntilər olduğu halda onun mövcud vəziyyəti nə ilə izah edilə bilər? Bu Hesabatın hazırlanmasında məqsəd məhz bu suala cavab tapmaqla yanaşı, İctimai Şuraların inkişafına təsir göstərən amilləri müəyyən etmək və tövsiyyələr hazırlamaq olmuşdur.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir.  Bu layihənin icrası  “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin eksperti Mirəli Hüseynov ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “İctimai idarəetmədə iştirakçılığın təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir.

 


Paylaş

Aktiv sorğu yoxdur.