“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Bu gün “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın seçkilər keçirilib.

Seçkilər səhər saat 11:00-də başlayıb və saat 16:00-dək davam edibk. Namizədlər arasında ölkənin ictimai həyatında kifayət qədər nüfuzu olan tanınmış vətəndaş cəmiyyəti institutu və media nümayəndələri yer alır.

Qeyd edək ki, seçki prosesinə bu ilin fevral ayının 16-dan başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı martın 19-dək davam edib. Ümumilikdə “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 11 üzv yerinə 17 namizəd irəli sürülüb. Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 71 nəfər səsvermə hüququ əldə edib. Seçiləcək İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq.

Seçkinin nəticələrinə görə heç bir namizəd seçicilərin 50 faiz səsini toplamadığı üçün mayın 7-nə seçkilərin 2-ci turu elan edilib.

 

 

 

 


Paylaş

Aktiv sorğu yoxdur.