İctimai Şuraya seçkilər canlı yayımlanacaq - İLK DƏFƏ
QHT.az xəbər verir ki, bu barədə məlumatı Azəriqaz İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev öz facebook səhifəsində məlumat yayıb:
“ Əziz dostlar!
Birliyimizdə İctimai Şuranın yaradılmasının son mərhələsindəyik. Artıq seçkilərdə səsvermə prosesində iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb. Səsəverməyə qatılması üçün 70 nümayəndə təqdim olunub. Seçki isə aprel ayının 30-da inzibati binamızda keçiriləcək və 17 namizəd Şuraya üzvlük uğrunda mübarizəyə qoşulacaq. İndi qeyd edəcəyimi isə ilk dəfə biz edirik: İctimaiyyətlə əlaqələr şöbəmiz seçki prosesinin sosial şəbəkə üzərindən (Azəriqaz İB ) canlı yayımının həyata keçirilməsini planlaşdırır. Hamıya uğurlar”