Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərin sənəd qəbulu davam etdirilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinə 2020-ci ilin 21 sentyabr tarixində start verilmişdi.

Belə ki, həmin il 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranmışdır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən sənəd qəbulu yenidən elan olunur.

İctimaiyyətin nəzərinə çatdırılır ki, 21 sentyabr – 20 oktyabr 2020-ci il  tarixlərində elan edilmiş müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalır.

Qeyd edək ki, İctimai Şuraya namizədlərin qeydiyyatı 26 may 2021-ci il tarixinədək davam edəcək. Namizəd şəxslərə dair tələblərlə bu link vasitəsilə tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

 

1. Namizədlər

Namizədlərə dair tələblər

- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, mədəniyyət sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;

- hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;

- İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.

 

Namizədlərin qeydiyyatı

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);

2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;

3. namizədin tərcümeyi-halı;

4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;

5. namizədin mədəniyyət sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

 

2. Sənədlərin qəbulu və baxılması

Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün elektron formada sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəvanə Abdullayeva ilə əlaqə saxlamaq olar. (Tel: (012) 498 79 53; (012) 498 20 62).

Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 26 may 2021-ci il tarixində başa çatacaq.

Qeydiyyat barədə müraciət nümunəsini aşağıdakı linkdən əldə edə bilərsiniz:

Müraciət nümunəsi


Paylaş