Energetika Nazirliyi yanında İctimai şuraya təkrar seçkilər keçiriləcək

Seçki Komissiyasının 19 mart 2021-ci il tarixli qərarı ilə 30 mart 2021-ci il tarixində saat 11:00-dan 13:00-dək İctimai şuraya boş qalan yerlər üçün təkrar seçkilər keçiriləcəkdir.

Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən qeyd olunmuş tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evi inzibati binasının 5-ci qapısına yaxınlaşmaları və seçki günü mövcud karantin rejiminin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Qeyd edək ki, cari ilin 18 mart tarixində Energetika Nazirliyi yanında İctimai şuraya keçirilmiş seçkilərin nəticələrinə görə, cəmi bir nəfər yetərli səs toplayıb. İctimai şuranın üzvlərinin say həddi isə yeddi nəfərdir.


Paylaş

Aktiv sorğu yoxdur.