Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin nəticəsi açıqlanıb

Martın 18-də Energetika Nazirliyi yanında İctimai şuranın tərkibinin müəyyən olunması üçün seçkilər keçirilib. Seçkilərdən sonra Seçki Komissiyası tərəfindən səsvermənin ümumi nəticələri açıqlanıb. Seçkilərdə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri Adbullayeva Mehriban Əli qızı İctimai şuraya üzv seçilib.
Qeyd edək ki, İctimai şuraya seçilmək üçün cəmi bir nəfərin yetərli səs topladığı, İctimai şuranın üzvlərinin say həddinin isə yeddi nəfər olduğu nəzərə alınmaqla, boş qalan yerlərə təkrar seçkilər keçiriləcəkdir.
Qanunvericiliyə əsasən, boş qalan yerlər üçün təkrar seçkilərin keçirilməsi ilə bağlı Seçki Komissiyası tərəfindən üç gün müddətində qəbul ediləcək qərar barədə əlavə məlumat veriləcəkdir. Təkrar seçkilər zamanı ən çox səs toplamış namizədlər seçilmiş hesab olunurlar. 


Paylaş