"İctimai nəzarət bacarıqları" mövzusunda təlimlər keçiriləcək

"İctimai nəzarət bacarıqları" mövzusunda onlayn mühazirələr keçiriləcək. QHT.az xəbər verir ki, mühazirə dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməkdə maraqlı olan vətəndaşlar, fəal gənclər və QHT-lər üçün nəzərdə tutulub. Mühazirə kursu ictimai nəzarətin həyata keçirilməsiylə bağlı nəzəri əsasları və nəzəri biliklərin praktikada tətbiqi bacarıqlarını öyrənmək imkanı verəcək.

Mühazirələr ekspertlər Əliməmməd Nuriyev və Zaur İbrahimli tərəfindən keçiriləcək. Mühazirələr zamanı iştirakçıların ən maraqlı sualları sosial mediada yerləşdiriləcək.

Mühazirə kursu hər biri 50 dəqiqə olmalqa 6 mühazirədən ibarətdir.

1. "Azərbaycan qanunvericiliyində ictimai nəzarətin normativ-hüquqi əsasları"

2. "Vətəndaşların fərdi ictimai nəzarət təşəbbüsləri və imkanları"

3. " İctimai nəzarətin metodları və vasitələri, alətləri"

4. "İctimai nəzarətin metodları və vasitələri, alətləri" (davamı)

5. "Məlumat əldə etmə, açıq mənbələrlə işləmək bacarıqları"

6. “İctimai nəzarətin həyata keçirilməsi zamanı etik prinsiplər”

Mühazirələrdə iştirak etmək istəyən şəxslərdən 18 yanvar 2021-ci il tarixinədək [email protected] və yaxud Açıq Hökumət Platformasının [email protected] ünvanına müraciət etmələri xahiş olunur (telefon 012-4084313).

Zoom linki müraciət etmiş şəxslərə göndəriləcək və mühazirələr 19-29 yanvar 2021-ci il tarixlərində baş tutacaq. İştirak etmiş şəxslərə sertifikatlar təqdim ediləcək.

Mühazirələr ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində MG Consulting MMC və Açıq Hökumət Platformasının əməkdaşlığı ilə həyata keçirilir.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.