Minatəmizləmə Agentliyi yanında İctimai Şura

ANAMA yanında İctimai şuraya namizədlərin siyahısı təsdiq edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi başa çatıb. On vətəndaş cəmiyyəti nümayəndəsinin İctimai şurada təmsil olunmaq üçün namizədliyi təsdiq olunub. Seçkilər zamanı bunlardan yalnız 7 namizədin seçilməsi nəzərdə tutulub.

ANAMA İctimaiyyətlə əlaqələr və mətbuatla iş bölməsinin məlumatına görə namizədliyi irəli sürülmüş şəxslər minatəmizləmə, minadanzərəçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadanzərəçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər.

Səs vermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti qurumları nümayəndələri           12 avqust 2023-cü il tarixinə kimi aşağıda qeyd olunmuş sənədləri [email protected] e-mail ünvanına təqdim edə bilərlər:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- İşçi vəsiqəsinin surəti;

- Dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.

 

ANAMA yanında İctimai şuraya seçkinin 22 avqust 2023-cü il tarixdə Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan)  keçirilməsi nəzərdə tutulub.    

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslər

 

Say

Adı

Təmsil olunduğu vətəndaş cəmiyyəti

1

Cəfərov Nadir Həbib oğlu

“Çıraq” Humanita və İnkişaf İctimai Birliyi

2

Əzimzadə Hafiz Səlim oğlu

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi

3

Həsənov Emil Möhtəbər oğlu

“İnkişafa və islahatlara dəstək” İctimai Birliyi

4

İsrafilov Yunis Vüqar oğlu

“Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyi

5

Mehdiyev Rəşad Azad oğlu

“Gilavar Foto Klubu” İctimai Birliyi

6

Mərcanlı Musa Fehruz oğlu

İRS-Heritage jurnalı

7

Mirzəyev Umud Rəhim oğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondu

8

Qasımov Rey Kərim oğlu

“Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi

9

Səfixanov Hafiz Mərkəz oğlu

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi

10

Şirvanzadə Emin Şirvanəli oğlu

“Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyi

 

 


Paylaş