Minatəmizləmə Agentliyi yanında İctimai Şura

Umud Mirzəyev Minatəmizləmə Agentliyi  yanında İctimai Şuranın sədri seçilib

İctimai Şura üzvləri ilə görüş keçirilib

2021-ci il 30 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura üzvləri ilə ilk iclas keçirilmişdir.

Komissiya sədri Samir Poladov İctimai Şura üzvlərini təbrik etdi və gələcək birgə fəaliyyətdə hər birinə uğurlar arzuladı.

ANAMA yanında İctimai şuranın üzvləri arasında səsvermə yolu ilə Şuraya sədr, müavin və katib seçilməsi təklif olunmuşdur. Aparılan səsverməyə əsasən Şuraya sədr Umud Mirzəyev, sədr müavini Emil Həsənov və katib Hafiz Safixanov yekdilliklə seçilmişdir.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov tərəfindən İctimai Şuranın üzvlərinə üzvlük vəsiqəsi təqdim edilmişdir.
Şuranın üzvləri ilə keçirilən görüşdə gələcək fəaliyyət istiqamətləri, mina təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi və beynəlxalq təşkilatların cəlb olunması, maarifləndirmə istiqamətində mətbuat konfranslarının daha geniş miqyasda keçirilməsi, eləcə də minadan zərərçəkənlərə yardım proqramı ilə bağlı müzakirələr aparılmışdır.

Şura üzvləri Agentliyin fəaliyyət sahələrində yaxından iştirak edəcəklərini, mina təhlükəsi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər.

Qeyd olunub ki, şuranın fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsinə Agentliyin rəhbərliyi tərəfindən zəruri dəstək veriləcəkdir.


Paylaş