Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Şirvan şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTOLAR

       Bu gün Şirvan şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir. İclasda Şura üzvləri, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, həmin şobənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov iştirak etmişlər.

       Şura sədri, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov iclası açaraq, əvvəlki işlasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışdı və qeyd etdi ki, iclasda qaldırılmış problemlər, verilən təkliflər rəsmi şəkildə İcra Hakimiyyətinə çatdırılmış, həmin məsələlərin bir qismi artıq həll olunmuşdur.

      Şura sədrinin müavini, “Kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək” ictimai birliyinin sədri Təranə xanım Əhməd öz çıxışında məsələlərə münasibətini bildirdi və Son günlər açılışı olmuş Füzuli parkının bərpadan sonra necə möhtəşəm olduğunu, əhalinin istirahət üçün sevimli yerinə çevrildiyini vurğuladı. O, qeyd etdi ki, şəhərin “Köhnə şəhər” adlanan hissəsində Kür çayının sahilində vaxtilə çox gözəl park vardı, indi həmin park baxımsızlıqdan bərbad vəziyyətdədir. Parkın ərazisində köhnə tikililər var ki, dağılmaq üzrədir.  Həmin parkın bərpası barədə məsələ qaldırmaq lazımdır. Bura hətta iş adamlarını cəlb etmək olar.

      Sonda Şirvan şəhər İH Başçısının müavini A. Fərzəliyeva, şöbə müdirinin müavini A. Hüseynov öz çıxışlarında İctimai Şiranın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirdilər və səslənən təklifləri qeyd etdiklərini vurğuladılar.

 

Fotolar

Paylaş