Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Mingəçevirdə İctimai Şuraya 9 yer uğrunda 13 nəfər mübarizə apardı

2022-ci il iyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb.  Onlara 138 nəfər səs verib.

Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf şəraitdə keçirilib: “Hətta səssayma prosesini də namizədlərin iştirakilə apardıq. Düşünürəm ki, şuraya seçkilər VC nümayəndələrinin cəmiyyətdəki mövqelərini ortaya qoydu”.

Seçkinin nəticələri aşağıdakı kimi olub:

Sıra №-si Soyadı, adı, atasının adı Təmsil etdiyi qurum və vəzifəsi Seçkidə topladığı bal
1 Babayev Əbülfət Musa oğlu “Qarabağ Qaziləri” İB-nın şəhər filialının sədr müavini 86
2 Bəndəliyev Əliağa Bəndalı oğlu “QMVƏŞA” İB şəhər şöbəsinin sədri 52
3 Cavadov Mirzə Cavad oğlu Mingəçevir Dövlət Universitetinin tarix müəllimi 29
4 Əsədov Fizuli Əli oğlu “Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi” İB-nın sədri 36
5 Həsənov Vaqif Yaqub oğlu “Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nın sədri 54
6 Xanlayev Samrin Nadir oğlu “İşıqlı gələcək” Gənclər İctimai Birliyinin sədri 19
7 Qasımlı Zahid Allahveren oğlu “Iqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nın sədr müavini 38
8 Mikayıllı Rizvan Aslan oğlu “Şəhər Veteranları Şurası”nın sədr müavini 45
9 Nəzərov Çingiz Mənaf oğlu “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İB-nın sədri 29
10 Nəbiyeva Yeganə Əkrəm qızı “Mingəçevir Valideynlər Assosiasiyası” IB-nın İdarə Heyətinin üzvü 72
11 Nəbiyev Fərman Bəhram oğlu “Mingəçevir işıqları” qəzetinin baş redaktoru 81
12 Şirinov Inqilab Xosrov oğlu “Kanal-32” Media şəbəkəsinin baş direktoru 58
13 Tağıyeva Vüsalə Vahid qızı “Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İB-nın üzvü 38

Sonda Seçki Komissiyasının sədri elan edib ki, Babayev Əbülfət Musa oğlu, Nəbiyev Fərman Bəhram oğlu, Nəbiyeva Yeganə Əkrəm qızı, Şirinov Inqilab Xosrov oğlu, Həsənov Vaqif Yaqub oğlu, Bəndəliyev Əliağa Bəndalı oğlu, Mikayıllı Rizvan Aslan oğlu, Qasımlı Zahid Allahveren oğlu və Tağıyeva Vüsalə Vahid qızı Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.


Paylaş