Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Mingəçevir şəhər İcra hakimiyyəti yanında İctimaii Şura 16 iyul 2002-ci ildə seçki yolu ilə formalaşıb. Seçkiyə vətəndaş cəmiyyətindən 138 nəfər 13 nümayəndəyə səs verib. Səsvermənin yekun nəticəsi aşağıdakı kimi olub: 

 

Seçkinin nəticələri aşağıdakı kimi olub:

Sıra №-si   Soyadı, adı, atasının adı Təmsil etdiyi qurum və vəzifəsi

Seçkidə topladığı bal

 

1 Babayev Əbülfət Musa oğlu “Qarabağ Qaziləri” İB-nın şəhər filialının sədr müavini 86
2 Bəndəliyev Əliağa Bəndalı oğlu “QMVƏŞA” İB şəhər şöbəsinin sədri 52
3 Cavadov Mirzə Cavad oğlu Mingəçevir Dövlət Universitetinin tarix müəllimi 29
4 Əsədov Fizuli Əli oğlu “Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi” İB-nın sədri 36
5 Həsənov Vaqif Yaqub oğlu “Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nın sədri 54
6 Xanlayev Samrin Nadir oğlu “İşıqlı gələcək” Gənclər İctimai Birliyinin sədri 19
7 Qasımlı Zahid Allahveren oğlu “Iqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nın sədr müavini 38
8 Mikayıllı Rizvan Aslan oğlu “Şəhər Veteranları Şurası”nın sədr müavini 45
9 Nəzərov Çingiz Mənaf oğlu “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İB-nın sədri 29
10 Nəbiyeva Yeganə Əkrəm qızı “Mingəçevir Valideynlər Assosiasiyası” IB-nın İdarə Heyətinin üzvü 72
11 Nəbiyev Fərman Bəhram oğlu “Mingəçevir işıqları” qəzetinin baş redaktoru 81
12 Şirinov Inqilab Xosrov oğlu “Kanal-32” Media şəbəkəsinin baş direktoru 58
13 Tağıyeva Vüsalə Vahid qızı “Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İB-nın üzvü 38

 

Seçki komissiyasının qərarı ilə  Babayev Əbülfət Musa oğlu, Nəbiyev Fərman Bəhram oğlu, Nəbiyeva Yeganə Əkrəm qızı, Şirinov Inqilab Xosrov oğlu, Həsənov Vaqif Yaqub oğlu, Bəndəliyev Əliağa Bəndalı oğlu, Mikayıllı Rizvan Aslan oğlu, Qasımlı Zahid Allahveren oğlu və Tağıyeva Vüsalə Vahid qızı Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.

 

İyulun 20-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib. Şuranın sədri vəzifəsinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və “Şəhər Veteranları Şurası”nın sədr müavini Rizvan Mikayıllının namizədlikləri irəli sürülüb. Tərəflər hər iki şəxsin üstün cəhətlərini təqdim etməyə çalışıblar. Gərgin mübarizə şəraitində  keçən prosesə məsafədən qatılan “Kanal-32” Media şəbəkəsinin baş direktoru İnqilab Şirinovun səsindən sonra nəticə bəlli olub. Fərman Nəbiyev iki il müddətinə İctimai Şuraya sədr seçilib. O, yerli mediaya müsahibəsində bildirib ki, Azərbaycanın digər bölgələrindən fərqli olaraq, Mingəçevirdə  İctimai Şuraya seçkilərdə saxtalkarlıqlara yol verilməyib: “Vətəndaş cəmiyyəti mövqeyini ortaya qoydu nəticədə Mingəçevirdə demokratiya qalib gəldi”.

 

“Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nın sədri Vaqif Həsənovun şura sədrinin müavini, “Iqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nın sədr müavini Zahid Qasımlının isə  katib vəzifələrinə namizədlikləri yekdilliklə qəbul olunub. İclasda İcra Hakimiyyəti başçısının müavini, İctimia Şuraya seçkilərin keçirilməsi üzrə komissiyanın sədri  Hikmət Kərimov iştirak edib.