Yeni sədr fəaliyyət proqramını açıqladı
“Başlıca məqsədimiz vətəndaşlarla Energetika Nazirliyi arasında münasibətləri tənzimləməkdir”. Bunu açıqlamasında Energetika Nazirliyi yanında İctimai Şuranın yeni sədri Şaban Nəsirov bildirib.
Onun sözlərinə görə Energetika Nazirliyi "Azəriqaz", "Azərenerji", "Azərişıq" kimi bir çox sahələri əhatə edir: “Bununla yanaşı nazirliyə daxil olan şikayətləri də araşdırıb istiqamət verilməsi nəzərdə tutulur. Fəaliyyət istiqamətimiz əsasən vətəndaşlarla qurulacaq. Məqsədimiz ilk növbədə vətəndaşların probleminin həll edilməsi olacaq. Eyni zamanda bərpaolunan enerji və yaşıl enerji məsələləri ilə bağlı da müəyyən təkliflərimizi verəcəyik”.