Energetika Nazirliyi yanında İctimai Şura

Energetika Nazirliyi yanında İctimai şura üzvlüyünə namizədlərin qeydə alınması davam edir

Energetika Nazirliyi yanında İctimai şura üzvlüyünə namizədlərin qeydə alınması prosesi davam edir. Namizədlərin irəli sürülməsi, qeydə alınması prosesinə 21 sentyabr 2023-cü il tarixindən başlanılıb və 18 oktyabr tarixində yekunlaşacaq.

Qeyd edək ki, İctimai şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

 

Müraciət etmək istəyən vətəndaş cəmiyyəti institutlarından İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:

  • Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  • Namizədin tərcümeyi-halı;
  • Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
  • Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.

İctimai şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tələb olunan məlumatlar [email protected] elektron ünvanı vasitəsilə təqdim edilə bilər.

Əlaqələndirici şəxs: Azərbaycan Respublikası Energetika Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi, İctimai şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının üzvü Təranə Gözəlova (+99412 598-16-53 (daxili 1013); [email protected]


Paylaş