Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şura

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuranın ilk iclası keçirilib

12.08.2021-ci il tarixində Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuranın ilk iclası keçirilmişdir. İclası giriş sözü ilə açan İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov bildirdi ki, bu sahəyə göstərilən diqqət sayəsində vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənmiş,vətəndaşlar dövlətin idarə olunmasında geniş şəkildə iştiraka cəlb olunmuşdur. 

İclasda eyni zamanda İdarə ilə  ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili məsələləri müzakirə olunmuş və səsvermə yolu İctimai şuranın sədr, sədr müavini və katibi seçilmişdir. Belə ki, "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev şuranın sədri, "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova şuranın sədr müavini, "Regional Əməkdaşlıq və Sosial İnkişaf" İctimai Birliyinin sədri Bahar Məmmədova şuranın katibi seçilmişdir. 

İclasda İctimai şuranın Fəaliyyət Planı və Reqlamentin qəbul olunması barədə müzakirələr aparılmışdır. İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov sədr, sədr müavini və katib seçilənləri təbrik edib, şuranın üzvlərinə üzvlük vəsiqələrini təqdim edərək onların fəaliyyətində uğurlar arzulayıb.

Fotolar

Paylaş