Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şura

Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya seçkilər yekunlaşıb - SİYAHI

İyulun 23-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya təkrar seçkilər keçirilib. Qeydiyyata alınmış 98 təmsilçidən 60 nəfəri seçkidə iştirak etmişdir və təmsilçilərin iştirakı ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Bir nəfər 6 namizədə səs verdiyi üçün onun seçki bülleteni (1 ədəd) etibarsız sayılmışdır. 23.07.2021-ci il tarixdə keçirilmiş təkrar seçkilər zamanı ən çox səs toplamış aşağıdakı namizədlər Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuranın tərkibinə seçilmiş hesab olunurlar:

 

1. Ramil Əliyev (İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi);

2. Cəmilə Abdulova (Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi);

3. Bahar Məmmədova (Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyi);

4. Nərminə Qəribova (Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyi);

5. Qəmzə Yusubova (Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi). 

Fotolar

Paylaş