Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İc­timai Şu­ra­

İctimai şuranın sədri, “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İB
Siruz Abasbəyli

Siruz Hüseyn oğlu Abasbəyli — Azərbaycan Respublikasının rabitə naziri (1992–1997), Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik.

Siruz Abasbəyli 1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub.[2]
1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlamışdır. İlk dəfə onu "Azqosproyekt" institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra "Qiproazneft" institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlamışdır.

50-dən çox səmərəşdirici təklifləri və ixtiraları qeydiyatdan keçib.
1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.

Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-ci ilə qədər işləmişdir.

16 iyul 1997-ci ildə Azərbaycan Respublikasının rabitə naziri vəzifəsindən azad edilmişdir.

Yaradıcılığı
"İlk məhəbbət", "Xoşbəxtəm", "Ulduzum", "İçərişəhər", "Tanıdım səni" mahnılarının və bir neçə lirik musiqinin müəllifidir. Xüsusilə Nisə Qasımovanın ifa etdiyi "Son zəng" mahnısı populyarlıq qazanıb.