Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şura

Dini Komitə yanında İctimai Şuraya namizədlərin sayı bəlli oldu - SİYAHI

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb.

QHT.az xəbər verir ki, İctimai Şura üzvlüyünə aşağıda göstərilən şəxslərin namizədlikləri qeydiyyata alınıb:

1. Aqil Tapdıq oğlu Camal –  “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri;

2. Anar Əhməd oğlu Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri;

3. Çingiz İbrahim oğlu Bayramov – “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri;

4. Büllur Cavad qızı Məmmədova – “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini;

5. Cavid Nadir oğlu Şahverdiyev – “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi”  İctimai Birliyinin sədri;

6. Ceyhun Musa oğlu Musayev – “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri;

7. Elçin Əlişah oğlu Çobanzadə – “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri;

8. Elvin Bəhruz oğlu Talışınski – “Elin Səsi” Milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri;

9. Fərid Tahir oğlu Şahbazlı – "İslahatçı Gənclər" İctimai Birliyinin sədri

10. Fuad Ağası oğlu Əliyev – “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar Birliyinin sədri;

11. Məhsəti Əli qızı Hüseynova – “Gənc Diplomatların Peşəkarlığının İnkişafına dəstək” İctimai Birliyinin icraçı direktoru;

12. Nərminə Şərif qızı Qəribova – “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri;

13. Səbuhi Eldar oğlu Abdullayev – “Elm”  Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri;

14. Sevinc Əsgərxan qızı Alızadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək Birliyinin sədri;

15. Seymur Firidun oğlu Əzəmmədov – “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin sədri;

16. Tural Qara oğlu Əhmədov – İlahiyyatçı;

17. Şahməmməd Nurulla oğlu Soltanov – “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri;

18. Qalib Qadir oğlu Kazımlı – “Sosial İnkişafa Yardım” İctimai Birliyinin sədri.

 

Qeyd edək ki, DQİDK yanında İctimai Şuraya seçkilər noyabr ayının 17-də saat 11:00-da Dövlət Komitəsinin inzibati binasında keçiriləcək. Məlumat üçün bildirək ki, təmsilçilərinin səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər.

Telefon: (+99412) 437-31-15

E-mail: [email protected]


Paylaş