15 mart 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı yanında Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə ““Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası” mövzusunda növbəti seminar-müşavirə keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının sədri Allahverən Mahmudov, rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının digər şöbə müdirləri və əməkdaşları, rayon icra hakmiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov iştirak etmiş, mövzu ilə bağlı çıxışlar edilmiş, müzakirələr aparılmışdır.

Rayon icra hakimiyyəti başçısının birinci müavini, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının sədri Allahverən Mahmudov Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın korrupsiyaya qarşı mübarizədə ən vacib addımlardan biri olduğunu bildirmiş, Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası məsələsinin rayon icra hakmiyyəti tərəfindən daim diqqətdə saxlanıldığını və 2026-cı ilədək mərhələli şəkildə bütün bəndlərin uğurlu icrasına nail olunacağına əmin olduğunu qeyd etmişdir. Allahverən Mahmudov dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması, bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanmasının vacibliyini vurğulamış, bu barədə bələdiyyə və aidiyyəti qurumlara müvafiq addımların atılması, çatışmazlıqların aradan qaldırılmasından ötrü ən qısa zamanda təkliflərin hazırlanmasını tövsiyə etmişdir.

Haqqı ödənilən ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və baxılma prosedurlarının elektronlaşdırılması, sui-istifadə hallarını aradan qaldıracaq mexanizmlərin hazırlanması barədə fikir mübadiləsi aparılmış, bu istiqamətdə əməli işlərin görülməsinin vacibliyi vurğulanmış, xüsusilə, sosial işçilərin fəaliyyətindən yararlanan qurumlara müvafiq təkliflərin hazırlanması tövsiyə olunmuşdur.

Rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov çıxışında qeyd etdi ki, rayon icra hakimiyyəti ilə birgə rayonda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai şuralar və QHT-lər arasında əməkdaşlıq daha da güclənmişdir və hal-hazırda maarifləndirici tədbirlərin ardıcıl olaraq keçirilməsi təmin olunur. Bildirmişdir ki, bundan sonra da birgə fəaliyyətimizi davam etdirməklə yeni layihələr həyata keçirəcək, ictimai iştirakçılığın tətbiqinin genişləndirilərək ictimai şuraların fəaliyyətinin səmərəliliyinin daha da artırılmasından ötrü səy göstərəcəyik.

Müxtəlif sahələrdə fəaliyyət göstərən işçilər arasında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlərin artıq görüldüyü, bir çox maarifləndirici tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilmiş, o cümlədən hal-hazırda dövlət orqanlarının və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışlar təşkil etdiyi, bu istiqamətdə fəaliyyətin cəmiyyətin maariflənməsində mühüm rol oynayacağı qeyd olunmuşdur.

Tədbirdə mövzu ilə əlaqədar videoçarx və təqdimat nümayiş etdirilmişdir.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.