10 mart 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı yanında Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə ““Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası” mövzusunda seminar-müşavirə baş tutmuşdur.

10 mart 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı yanında Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə ““Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası” mövzusunda seminar-müşavirə baş tutmuşdur. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Fəhmin Qurbanov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aqil Əhmədov, o cümlədən aparatın digər əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov, QHT nümayəndələri, rayon icra hakmiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmiş,  mövzu ilə bağlı çıxışlar edilmişdir. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi korrupsiyaya qarşı mübarizədə ən vacib addımlardan biri olmuşdur. Milli Fəaliyyət Planının bəndlərinin icrası dövlət səviyyəsində aparılır. Bunun nəticəsi kimi bütün dövlət qurumlarında elektron xidmətlərin göstərilməsi səviyyəsi heç olmadığı qədər artırılmışdır. Tədbirdə rayon icra hakmiyyəti tərəfindən göstərilən elektron xidmətlərin sayının artırıldığı və vətəndaşlara rayon icra hakimiyyətinin rəsmi internet səhifəsi ( http://astara-ih.gov.az/az ) ilə bir çox elektron xidmətlərin uğurla həyata keçirildiyi bildirilmiş, o cümlədən Astara RİH və digər yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı ( https://rih.gov.az/ ) üzərindən göstərilməsinin təmin olunmasının bu sahədə atılmış ən böyük addımlardan biri olduğu, portalın qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəfləndiyi, “Rəqəmsal icra hakimiyyəti” portalının xidmətlər bölməsində vətəndaşlara 13 elektron xidmət təqdim olunduğu, bu xidmətlərdən 9-unun yerli icra hakimiyyətlərinin vətəndaşlara göstərdikləri dövlət xidmətləri olduğu və vətəndaşlara bu portal vasitəsilə artıq xidmət göstərildiyi vurğulanmışdır. Milli Fəaliyyət Planının bütün bəndlərinin icrasının dövlət və cəmiyyət üçün əhəmiyyəti vurğulanmış, bu sahədə göstərilməli fəaliyyətin daha səmərəli və effektiv yollarla artırılacağı qeyd edilmişdir.
Rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov ictimai nəzarətin günü-gündən artırıldığını və bu istiqamətdə göstərilən fəaliyyətin nəticəsinin yaxın gələcəkdə dövlətə və cəmiyyətə öz hədsiz töhfəsini verəcəyini bildirmişdir. Tədbirdə mövzu ilə əlaqədar videoçarx və təqdimat nümayiş etdirilmişdir.


Paylaş

Aktiv sorğu yoxdur.