Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai şuraya seçkilər keçiriləcək
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya keçiriləcək seçki ilə əlaqədar Seçki Komissiyasına nəzərdə tutulmuş 24 gün ərzində ( 13.04.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək) vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlər irəli sürülmüşdür. Namizədlər barədə təqdim olunan sənədlər Seçki Komissiyasında baxılmış və 22 nəfər namizədin qeydiyyata alınması haqqında müvafiq qərar qəbul edilmişdir.
1.Bayramov Rafiq Hüseyn-Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı
2.Ənsərov Vəzirxan Nəbi- Ağsaqqallar Şurası
3. Vəliyev Məhəmməd Məmməd-Veteranıar Şurası
4.Məmmədov Çingiz Haqverdi-Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialı
5.Hüseynov Nazim Yusif-Azərbaycan Ziyalılar Cəmiyyəti
6.Xankişiyeva Firuzə Tərlan-Sumqayıt Tələbələr İttifaqı İctimai Birliyi
7. Niftiyeva Gülnarə Şirnəli-Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər təşkilatı
8.Əhmədzadə Aysun Təhmasib-Sumqayıt Gənclərinin Sağlam Gələcəyi İctimai Birliyi
9. Quliyeva Elmira Əli- Səhiyyə işçiləri həmkarlar təşkilatı
10 Quliyev Hümbət Həsən-sahibkar
11. Mustafayev Qəhrəman Tofiq-Sumqayıt Könüllü Cəmiyyəti
12.Şəfiyev Şahin Əşrəf-Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi
13.Xəlilova Əfsanə Şirvani-Demokratik Gənclər ictimai Birli
14.Məmmədov Hamlet Məmmədəli-Bələdiyyənin məhəllə komitəsi
15.Sərdarov Rauf Xanağa-Din xadimi
16. Rzayev Cəmil Şəmsəddin-Əfqanıstan Veteranları İttifaqı Sumqayıt şəhər şöbəsi
17. Fikrətli Şəmistan Ramiz -Dünya TV
18.İmanzadə Nəzrin Zaur-İdman Könüllüləri İctimai Birliyi
19. Cəfərov İlqar Südgül-"Fədai" Oturaq Valeybol İdman Klubu İctimai Birliyi
20.Quliyev Yusif Muxtar-Azərbaycan Gənclər ittifaqı
21.Yusifova Nuranə Məmməd- Müəllimlərin Yaradıcı İttifaqı Sumqayıt şəhər şöbəsi
22.Məmmədova Tamara Qüdrət- Bələdiyyənin məhəllə komitəsi
Qeyd: “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər 11 iyun 2021-ci il tarixdə saat 10:00-dan etibarən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları 31 may 2021-ci il tarixinədək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutu nümayəndəsinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surətini) elektron formada [email protected] və [email protected] e-mail ünvanlarına göndərməlidirlər.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin sayı 15 nəfər olacaqdır.