İctimai Şura Təhsilin İnkişaf Fondunda görüş keçirib - FOTO
Elm və Təhsil Nazirliyi yanında İctimai Şura 2023-cü ilin ilk iclasını keçirib.
Təhsilin İnkişaf Fondunda keçirilən görüşdə Fondun İdarə heyətinin sədri və fondun əməkdaşları da iştirak edib. Əsas müzakirə mövzuları 2023-cü ilin fəaliyyət planı, həyata keçiriləcək proqram və layihələr, cari məsələlər olmuşdur.
2023-cü il İctimai Şura məktəb-ailə-icma birliklərinin yaradılması, ictimai nəzarət mexanizmin gücləndirilməsi, regionlarda ictimai dinləmə və görüşlərin keçirilməsi və s. sahələrdə işlər görəcəkdir. 2022-ci ilin yekun hesabatı cəmiyyətə ilk ictimai dinləmədə təqdim ediləcəkdir.