Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə Agentliyin yanında ictimai şuranın yaradılması prosesinə başlanılıb.
Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müvafiq əmrinə əsasən, yaradılacaq ictimai şuraya seçkilərin keçirilməsi və şura üzvlərinin say həddinin müəyyən edilməsi məqsədilə İctimai Şuranın təşkili ilə bağlı Seçki Komissiyası yaradılıb. Komissiya Minatəmizləmə Agentliyinin 4 əməkdaşından və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət olmaqla təşkil edilib.
Seçki Komissiyasının qərarına əsasən ictimai şura üzvlərin sayı 7 nəfər müəyyən olunub.
Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 23.04.2021 tarixindən 20 iş günü müddətində (23 aprel - 26 may 2021-ci il) Agentliyin Seçki Komissiyasına (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) müraciət edə bilərlər.
Müraciətə (müraciətdə əlaqə vasitələri, e-mail və digər zəruri məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:
- şəxsiyyət vəsiqəsinin surətini;
- namizədin tərcümeyi-halını;
- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;
- təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti
- mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
İctimai şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq (səsvermə) 09.06.2021 tarixində saat 10.00-dan - 15.00-dək Agentlikdə (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) keçiriləcək.
Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.