İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq 28 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticəsi açıqlanıb.
Belə ki, aşağıda adları qeyd dolunan şəxslər İctimai Şuraya üzv seçiliblər:
1. Ağayev Qorxmaz Siracəddin oğlu-“Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi
2. Eyvazov Taryel Əli oğlu - “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi
3. Nəbiyeva Ziba Vasif qızı - “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
4. Salayev Rüstəm Əli oğlu - “Psixo-Sosial yardım” İctimai Birliyi
5. Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası” İctimai Birliyi