Daxili İşlər Nazirliyi yanında İctimai Şura

Bu şəxslər Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçildilər - SİYAHI

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
QHT.az xəbər verir ki, 
seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb.
Səsvermə 29 iyul 2023-cü il tarixində saat 09:00 – 13:00 aralığında baş tutub. 
Səsvermədə 382 nəfər iştirak edib
Etibarlı hesab edilən bülletenlərin sayı -  375
Etibarsız hesab edilən bülletenlərin sayı - 7

Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs  toplamış 15 namizəd İctimai Şuranın üzvü seçilib.
 

Seçilmiş İcitmai şüra üzvləri:

 

  1. Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti  -  289 səs 
  2. Mahirə Əmirhüseynova - “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri   -  237 səs
  3. Mətanət Cəfərova, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri   -  232 səs
  4. Arzuman Abdulkərimov, “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri   -  231 səs
  5. Mehriban Zeynalova, “Təmiz Dünya” Qadınlara Yardım” ictimai birliyinin sədri   -  219 səs
  6. Vüsalə Hüseynli, “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri   -  215 səs
  7. Rəfail Becanov, “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri   -  215 səs
  8. Sevda Məmmədova, “Sosial-İqtisadi İnkişaf  Uğrunda” ictimai birliyinin sədri    -  212 səs
  9. Məhsəti Hüseynova, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” ictimai birliyinin üzvü -  209 səs
  10. Gülayə Səfərova, “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” ictimai birliyinin sədri   -  208 səs
  11. İradə Nəsirova, “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin sədri   -  202 səs
  12. Rauf Zeyni, “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri   -  201 səs 
  13. Araz Nurməmmədov, “Gender Bərabərliyi” ictimai birliyinin üzvü   -  200 səs
  14. Xalid Kazımov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri   -  196 səs
  15. Elməddin Muradov, Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin sədri   -  193 səs

 


Paylaş