Daxili İşlər Nazirliyi yanında İctimai Şura

DİN yanında İctimai Şuranın üzvləri şəhid ailələrini ziyarət ediblər

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri Azərbaycan Polisinin peşə bayramı ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması zamanı şəhid olan Daxili Qoşunların hərbi qulluqçularının  ailələrini ziyarət ediblər. 

Avropa.info xəbər verir ki, İctimai Şura adından Əliməmməd Nuriyev,  Xalid Kazımov, Mahirə Əmirhüseynova və  Rauf Zeyni Daxili Qoşunların Xüsusi Təyinatlılarının hərbçiləri olan  Sahib Məmmədov və  Faiq Həsənovun ailə üzvləri ilə görüşüblər. 

Görüşlərdə Vətən Müharibəsində qəhrəmanlıq göstərən  Sahib Məmmədov və  Faiq Həsənovun  döyüş yolundan, ölkəmizin təhlükəsizliyi üçün xidmətlərindən danışıblar. 

Şura üzvləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin ailə üzvlərinin problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Daxili Qoşunların Xüsusi təyinatlısı Sahib Yaşar oğlu Məmmədov 19 oktyabr 2020-ci ildə Füzuli rayonu, Faiq Hüseyn oğlu Həsənov isə 05 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Fotolar

Paylaş