Energetika Nazirliyi yanında İctimai Şura

İctimai şuraya seçkilərin vaxtı müəyyən olunub

Azərbaycan Respublikasının Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai şuraya namizədlərin qeydiyyat müddəti başa çatıb və seçkilərin vaxtı təyin edilib. İctimai şuraya seçkilər 31 oktyabr 2023-cü il tarixində saat 11:00-da Energetika Nazirliyinin (ünvan: Ü.Hacıbəyli küçəsi 84, Hökumət Evi) iclas zalında birgə yığıncaq şəklində keçiriləcəkdir.

Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından 21 oktyabr tarixinədək öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları  (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitələrini ehtiva edən cədvəli, həmçinin şəxsiyyət və üzvlük vəsiqələrinin surətini) [email protected] elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim ediblər.

 İctimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcəkdir. Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai şuranın tərkibinə seçilmiş hesab olunurlar.

Məlumat üçün bildirək ki, Energetika Nazirliyi yanında İctimai şura üzvlüyünə 8 nəfərin namizədliyi qeydə alınıb. Seçki Komissiyası tərəfindən İctimai şura üzvlərinin say həddi isə 7 nəfər müəyyən edilib.

1. Abdullayeva Mehriban Əli qızı – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri.

2. Əliyev Ramil Arif oğlu – “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri.

3. Əzəmmədov Seymur Firidun oğlu – “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin sədri.

4. Həsənov Sadiq Hüseyn oğlu – “Sağlam Həyata Doğru” İctimai Birliyinin sədri.

5. Həsənov Samir Hüseynağa oğlu – “Ulduz” informasiya - kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri.

6. Mehdiyev Rəşad Azad oğlu – “Gilavar Foto Klubu” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədri.

7. Nəsirov Şaban Fəxrəddin oğlu – “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri.

8. Şəfaqətov Rüstəm Şahvələd oğlu - “Alternativ Enerji Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri.

Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.minenergy.gov.az) yerləşdiriləcəkdir.

 


Paylaş