Qax Rayon İcra Hakimiyyəti yanında  İctimai Şuranın hesabat yığıncağı keçirilib - FOTO

Yanvarın 17-də Qax rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın hesabat yığıncağı keçirilib. Yığıncaqda İctimai Şura üzvləri, rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələri, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

    Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Nizami Abdullayev yığıncağın  gündəliyini qonaqlara təqdim edib.N. Abdullayev çıxış edərək dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb.

 

İctimai Şuranın sədr müavini Xavər Əfəndiyeva hesabat məruzəsi ilə çıxış edib. Məruzədə Şuranın bir illik fəaliyyət dövrü əhatə olunub.

Sonra İctimai Şuranın üzvləri Atəş Babayev, Zaira Kuloşvili və Hacı Əsgərov çıxış edərək şuranın rayon İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətindən,görülən işlərdən və təşkil edilən görüşlərdən danışıblar.

 

Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək rayon İcra Hakimiyyəti ilə sıx əlaqədə, səmərəli fəaliyyət göstərdiklərinə görə ictimai şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib.Dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini vurğulayan  V.Heydərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamasından, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasına və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsindən geniş məlumat verib.

 

Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydasını bildirərək, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq- quruculuq, ekoloji  maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edib.

Müzakirələrdən sonra İctimai şuranın 2022-ci  il üçün hesabatı qənaətbəxş hesab edilib.

 


Paylaş

Aktiv sorğu yoxdur.