AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

Noyabrın 30-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

 

İclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, 2021-ci il ərzində görülən işlər və fəaliyyətin daha səmərəli təşkili ilə bağlı həyata keçirələcək tədbirlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri, idxal olunan və ölkədə istehsal olunan qida məhsullarından götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında müayinəyə cəlb olunması prosesi və ictimai nəzarətin daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbirdə istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Həmçinin bildirilib ki, heyvan kəsimi və ət satışı sahəsində qanunvericiliyin, normativ texniki sənədlərin tələblərinin yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.